Gripin Bakıda: Sevilən qrup 26 oktyabrda Heydər Əliyev Sarayında səhnədə!

Haber : Zeynep Abbasova
Gripin Bakıda: Sevilən qrup 26 oktyabrda Heydər Əliyev Sarayında səhnədə!
Türkiyənin pop-rock səhnəsinin ən sevilən qruplarından biri olan Gripin Bakıya gəlir! Qrup 26 oktyabr tarixində Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış edəcək.
Bu xüsusi tədbir Event Office şirkətinin təşkilatçılığı ilə baş tutacaq. İfaçılar sevilən hitlərini — “Durma Yağmur Durma”, “Sen Gidiyorsun”, “Aşk Nerden Nereye”, “Yalnızlığın Çaresini Bulmuşlar” və bir çox digər mahnılarını canlı səsləndirəcəklər.